!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azad edilmiş ərazilərin bərpa olunan enerji potensialı açıqlandı

!Reklam – Yazi

Qarabağ və Şərqi Zəngəzurun günəş, su və külək enerjisi daxil olmaqla bərpa olunan enerji potensialı 10 min meqavatdan çoxdur.

Yenicag.az xəbər verir ki, bunu cümə günü İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatı zamanı deyib.

“Su elektrik stansiyalarının bərpası, külək və su enerjisi istehsalı sahələrində xarici tərəfdaşların, o cümlədən, bp və “Aqua Power” şirkətlərinin cəlb olunması onu göstərir ki, bu sahədə böyük imkanlarımız var və artıq bu sahədə işlər aparılır”, – deyə o bildirib.

V.Qasımlı əlavə edib ki, azad edilmiş ərazilərdə 3 milyard kubmetrə yaxın su ehtiyatı var.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv