!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azad olunmuş ərazilərdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsi başa çatır

!Reklam – Yazi

“Şərqi-Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlər başa çatmaqdadır”.

Yenicag.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, həmin ərazilər 30 ilə yaxın işğal altında olduğu üçün ehtiyatları dəyərləndirmək mümkün olmayıb:

“Zəfərdən sonra bizim ilk fəaliyyətimiz oranın mineral xammal ehtiyatlarının qiymətləndirilməsinə yönəlib. Artıq bu işlər başa çatmaqdadır. Bizim məqsədimiz işğal dövründə ölkəmizə dəymiş zərərin miqyasının müəyyən edilməsidir. Həmin zərər müvafiq qurumlara təqdim edilməklə, gələcəkdə bəlli hüquqi təzminat davasının açılmasına xidmət edəcək”.

Qarabağ və Şərqi Zəngəzurdakı faydalı qazıntı yataqları iqtisadi dövriyyəyə cəlb ediləcək

Əli Əliyev, “Artıq növbəti ilin ölkə üzrə xammala olan tələbatı nəzərə alınaraq Geoloji İnformasiya Fondunda saxlanılan məlumatlar təhlil edilib və növbəti il üçün hərraca çıxarılması planlaşdırılan yataq sahələrinin razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib”, -deyib.

O bildirib ki, 2023-cü ildə Agentliyin əsas prioritet sahələrindən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olan faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsidir.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına “Böyük Qayıdış”la bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən, Agentlik faydalı qazıntı yataqlarının istifadəyə verilməsi və yer təkinin mühafizəsinin təmin edilməsi ilə bağlı işləri həyata keçirəcək. İlkin mərhələdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur”, – o qeyd edib./Apa/

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv