!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AZAL-dan Bakı-Naxçıvan-Bakı reyslərilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Novruz bayramında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

Bu barədə Yenicag.az-a AZAL-dan məlumat verilib.

Məlumata görə, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur: “Zərurət yaranarsa, AZAL bayram günlərində bu marşrut üzrə uçuşların sayını artıracaq”.

“Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və yaxud AZAL-ın kassalarından əldə etmək mümkündür”,- deyə məlumatda qeyd edilib.

www.yenicag.az

107
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv