!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AZAL rəhbərliyinin dəyişməsinin QİYMƏTLƏRƏ TƏSİRİ: "Bu tendensiya davam etsə..." - MÖVQE

!Reklam – Yazi

“Əgər yaxın gələcəkdə boş qalan hava limanları bu qurumun əlindən alaraq uzun müddətli icarə şərtləri əsasında digər şirkətlərə verilsə, bu, artıq sistem və yanaşma dəyişikliyinin sübutu olacaq”.

Bu sözləri yaxın zamanda AZAL-dakı rəhbərliyin dəyişməsi və bunun qiymətlərə təsirini dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamnasında bildirib.

O qeyd edib ki, qurum ölkə xaricinə olan sərnişin uçuşlarını demək olar ki, 55 faizini birbaşa özü həyata keçirir:

“Azərbaycanda AZAL-ın inhisarçı fəaliyyəti ilə bağlı müzakirələr gedir. Hətta bu fəaliyyət hətta prezident səviyyəsində beıə tənqid olunur. Bir çox hallarda da bu problemlər AZAL-ın keçmiş rəhbərinin şəxsi təşəbbüsü kimi təqdim edilirdi. Mən isə məsələnin bu qədər sadə olduğunu düşünmürəm.

Təbii ki, rəhbərliyin dəyişimi müsbət haldır. Hazırkı posta yeni gənc kadr gəlib. Onun aparacağı siyasət və yaxud da ona tapşırılan istiqamət nədən ibarət olacaq, bunu indidən demək çətindir. Yaranmış vəziyyət təkcə rəhbərlikdəki şəxslərin deyil, sistem və yanaşmadan da asılıdır. Yəni AZAL-ın inhisarçı mövqeyi təkcə uçuşlarla bağlı deyil. Yerüstü xidmətlər də, hava limanları da sözügedən qurumun nəzarətindədir. Bütün bunlar çox ciddi məsələlərdir. Əgər yaxın gələcəkdə boş qalan hava limanları bu qurumun əlindən alaraq uzun müddətli icarə şərtləri əsasında digər şirkətlərə verilsə, bu, artıq sistem və yanaşma dəyişikliyinin sübutu olacaq.

Hazırda müsbət hallar var. Bəzi xarici aviaşirkətlərin: Gürcüstan və Yunanıstan hava yollarının, bəzi ərəb hava yollarından birinin ölkəmizə buraxılması və uçuşların həyata keçirilməsinə başlanılır. Yəni bu hadisə rəqabətli mühiti artıran faktordur. Qeyd edilən istiqamət davamlı şəkildə gedərsə, ancaq rəqabətli mühit qiymətləri endirə bilər.

Azərbaycanda rəqabətli mühitlə bağlı problemlər var idi. Uçuşları həyata keçirən şirkətlərin sərnişin daşıma trafikinə baxsaq, rəsmi rəqəmlərə görə, AZAL çox əzici üstünlüyə malikdir. Qurum ölkə xaricinə olan sərnişin uçuşlarını demək olar ki, 55 faizini birbaşa özü həyata keçirir. Qalan 30 faizə yaxın reyslərdə isə birgə fəaliyyət göstərir. Yəni bu tendensiya dəyişməsə, qiymətlər enməyəcək. Ona görə də qiymətlərin dəyişikliiyini hamımız gözləyirik. İdarəetmədə fəlsəfənin dəyişməsi nəticəsində əhali bundan məmnun olacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv