!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AZAL: Şəhidin cənazəsi Ordubada yola salınır

!Reklam – Yazi

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Həşimlinin cənazəsinin doğulduğu Ordubad rayonuna yola salınmasında problem yaranıb.

Belə ki, Naxçıvanda qatı duman olması və hava limanının təyyarəni qəbul edə bilməməsi prosesi gecikdirir.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanın ( AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski faktı təsdiqləyib.

“Naxçıvana gedəcək təyyarəyə minik başlayıb və yaxın dəqiqələrdə uçuş başlayacaq. Şəhidimizin nəşi həmin təyyarədə aparılır”.

Xatırladaq ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 5 hərbiçimiz şəhid olub.

Yeniçağ.az

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv