Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azay Quliyev Malena Mardla görüşüb

aef15746-0a4f-4522-8943-ba3b13b724dcBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri xanım Malena Mardla görüş keçirilib.

Avropa İttifaqı ilə ölkəmiz arasında dinamik şəkildə inkişaf edən münasibətlərin mövcudluğundan danışan səfir Aİ-nın ölkəmizdəki nümayəndəliyinin fəaliyyəti haqqında məlumat verib. Xanım Malena Mard Aİ-nın müxtəlif institutlarının ölkəmizdəki müvafiq qurumlarla əməkdaşlığının genişləndirilməsinə çalışdıqlarını deyib. Səfir eyni zamanda Şuranın dəstəyi ilə 2016-cı ildə təhsil sahəsində fəaliyyət göstərən QHT-lərlə daha yaxından işləməyi və onların layihələrinin maliyələşdirilməsini nəzərdə tutduqlarını qeyd edib. M.Mard regionlardakı QHT-lərin instusional inkişafı sahəsində də Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Şura sədri Azay Quliyev vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Şuranın 2016-cı ildə regionlarda həyata keçirdiyi təlim və seminarlar haqqında səfirə ətraflı məlumat verib. Azay Quliyev Aİ ilə ikitərəfli münasibətlərin inkişafında QHT-lərin mühüm rola malik olduğunu və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.

Görüş müxtəlif mövzular ətrafında müzakirələrlə davam etdirilib.

 

Loading...

www.yenicag.az

534
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100