!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Azdrama”da yeni təyinata Xalq artistindən REAKSİYA

!Reklam – Yazi

“İlham Əsgərov gözəl insandır, xətrini də istəyirik, amma o, direktorun əmək funksiyalarının icrasını müvəqqəti icra edəcək. Azər Paşa Nemətovun yerinə direktor vəzifəsinə hələ təyinat olmayıb”.

Bunu Dövlət Akademik Milli Dram Teatrının direktorunun əmək funksiyalarının icrasının İlham Əsgərova həvalə olunması xəbərinə münasibət bildirərkən Xalq artisti, tanınmış aktyor Rafiq Əzimov Yenicag.az-a açıqlamasında deyib.

Aktyor direktorun yerinə təyinat olmadığı üçün məvaciblərini ala bilmədiklərini, bu səbəbdən də İlham Əsgərovun müvəqqəti olaraq direktor əvəzi kimi təsdiqləndiyini bildirib:

“Azər Paşa Nemətov dünyasını dəyişəndən sonra yerinə direktor təyin olunmadığı üçün maaşlarımızı ala bilmirdik. Çünki rəsmi sənədlərin təsdiqlənməsinə görə imza lazımdır. Buna görə də müvəqqəti direktor əvəzi kimi İlham Əsgərov təsdiqləndi. Sənədləşmə işindən sonra məvaciblərimiz veriləcək. Qaldı ki, yeni direktorun kim olacağına, bu, nazirin qərarından asılı olacaq. Biz yaradıcı insanlarıq. Bizə nə lazımdır, yaxşı dramaturgiya olsun, tamaşalar hazırlansın, biz də səhnəyə çıxaq, tamaşaçılarımızı sevindirək”.

Cəvahir

www.yenicag.az

973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv