!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azər Ayxan “Yeni Müsavat”dan getdi – GÖZLƏNİLMƏZ İSTEFA

!Reklam – Yazi

“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan vəzifəsindən istefa verib.

Yenicag.az xəbər verir ki, bu məlumatı Azər Ayxan özünün “Facebook” hesabından yayımlayıb.

O, paylaşdığı statusda bu addımını “fikir ayrılıqları və mübahisələrlə” əlaqələndirib:

“Əziz dostlar! Hörmətli həmkarlar!

“Yeni Müsavat” Media Qrupu ilə yollarımı ayırdım. “Yeni Müsavat”ın baş redaktoru vəzifəsindən istefa verdim.

Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan.

Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır – gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.

Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər. Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq.

Hər kəsə sayğılar, sevgilər”.

Qeyd edək ki, Azər Ayxan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır.

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv