!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azər Paşa Nemətovun arxasınca danışanlara SƏRT CAVAB: “Kimə rəhmət düşür, ya düşmür bunu…”

!Reklam – Yazi

Ötən gün dünyasını dəyişən Xalq artisti, tanınmış rejissor Azər Paşa Nemətova qarşı sosial şəbəkələrdə təhqiramiz paylaşımlar səngimək bilmir. Xüsusən də bəzi sənət adamları mərhum rejissorun arxasınca xoşagəlməz fikirlər səsləndirir ki, bu da digər sənət adamları tərəfindən mənfi qarşılanıb.

Yenicag.az-a açıqlama verən əməkdar artist, aktrisa Mehriban Xanlarova vəfat edən şəxsin arxasınca danışmağın insanlığa sığışmadığını bildirib:

“Dünyasını dəyişən insanın arxasınca danışmaq insanlığa sığmır. Dünyasını dəyişəndən sonra onun barəsində artıq-əskik danışmaq, şirə dönmək qorxaqlıqdır. Hamımız bu dünyadan köçəcəyik. Amma kimə rəhmət düşür, ya düşmür bunu yalnız Allah bilir. Artıq-əskik danışmayın, Allahdan qorxun”.

Aktyor Məhəmməd Verdizadə də şəxsi münasibətlərin sənətlə əlaqəsinin olmadığını deyib:

“Mən Azərbaycanda 3 teatr rejissoru tanıyıram. Mehdi Məmmədov, Tofiq Kazımov və Azər Paşa Nemətov. Azərpaşa sonuncu idi. Bunu onun özünə də demişdim. Bu 33 rejissor əsl teatr biliciləri idilər. Bundan sonra nə olacaqsa, bilmirəm. Bir onu bilirəm ki, artıq o teatr olmayacaq. Qaldı ki, onun dalınca danışanlara, bu, onların seçimidir.
Mən bir neçə dəfə Azər Paşa Nemətovdan məni aktyor kimi Azdramaya işə götürməsini xahiş etmişdim . O isə hər dəfə “yerim yoxdur”, deyə söhbətdən qaçırdı. Bu, o demək deyil ki, o mogikan deyildi. Mən sənətdən danışıram, şəxsi münasibətdən yox”.

Cəvahir

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv