!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azər Paşa Nemətovun yerinə təyinatla bağlı TƏKLİF: “O seçilsə...” - Kamran YUNİS

!Reklam – Yazi

Xalq artisti Azər Paşa Nemətovun vəfatından sonra Akademik Milli Dram Teatrına, eləcə də Teatr Xadimləri İttifaqına kimin rəhbər təyin olunacağı barədə müzakirələr səngimək bilmir. Teatr cameəsindən olan yaradıcı insanlar öz versiyasını səsləndirir.

Tanınmış aktyor və rejissor Kamran Yunis bununla bağlı fikirlərini Yenicag.az-la bölüşüb.

K.Yunis həmin posta namizədinin adını açıqlayıb:

“Həmin posta kimin seçiləcəyi mənim üçün heç bir mahiyyət kəsb etmir. Lakin elə bir insan seçilməlidir ki, hər bir aktyor, rejissor, ümumiyyətlə, yaradıcı insan və Azərbaycan teatrı üçün sərfəli bir şəxs olsun. Belə bir şəxs və şəxsiyyət tanıdığım, bildiyim, işlərini gördüyüm, dəyərləndirdiyim İsrafil İsrafilovdur. Mənə elə gəlir ki, İsrafil İsrafilov o vaxt Azərbaycan teatrı üçün nə qədər önəmli idisə, bu gün də önəmli bir şəxsdir. Düşünürəm ki, o Azərbaycan teatrı üçün nələrsə edə və Azərbaycan teatrını dünya səviyyəsinə qaldıra bilər. O vaxtlar başladığı yolu davam etdirə bilər. Ən sərfəli, ən dəyərli və ən qiymətli namizəd İsrafil İsrafilovdur və ondan sonra ağlıma ikinci bir adam gəlmir”.

Qeyd edək ki, İsrafil İsrafilov 2010-2016-cı illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsini icra edib.

Cəvahir

www.yenicag.az

1190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv