Azərbaycan 17-ci medalını qazandı – II Avropa oyunlarında

Azərbaycan boksçusu Lorenzo Sotomayor “Minsk 2019” II Avropa Oyunlarını bürünc medalla başa vurub.

Yenicag.az xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı yarımfinalda Böyük Britaniya təmsilçisi Pat Makkormaka uduzduğu üçün “bürünc”lə kifayətlənməli olub.

Bu, Azərbaycanın II Avropa Oyunlarından 17-ci medalı olub (2 qızıl, 5 gümüş, 10 bürünc).

Qeyd edək ki, Bakı vaxtı ilə saat 17:30-da Azərbaycanın digər boksçusu Alfonso Dominqes (81 kq) yarımfinal görüşünə çıxacaq. O. italiyalı Fiori Simone ilə döyüşəcək.

COP29