!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan 3 ölkə ilə mühüm saziş imzalayacaq

!Reklam – Yazi

Bu gün “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş” imzalanacaq.

Yenicag.az xəbər verir ki, imzalanma mərasimi Rumıniyanın paytaxtı Buxarestin Kotroçeni sarayında keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniyanın Baş naziri Nikolae Çiuça və Macarıstanın Baş naziri Viktor Orban, həmçinin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bununla bağlı keçiriləcək plenar iclasda iştirak edəcəklər.

Rumıniya Prezidentinin Ofisinin yaydığı məlumata görə, saziş Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqələrinin gücləndirilməsini, təchizat mənbələrinin şaxələndirilməsini, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialından istifadə edilməsini nəzərdə tutur və dörd dövlətin maraqlarına cavab verir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv