!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan 70-dən çox yeni gəmi alacaq

!Reklam – Yazi

Yaxın 10 ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC ümumi dəyəri 1,5 milyard manat olan 72 gəmi almaq niyyətindədir.

Yenicag.az-ın məlumatına görə, bunu QSC-nin sədri Rauf Vəliyev Dənizçilər gününə həsr olunan tədbirdə deyib.

R.Vəliyev bildirib ki, 2015-ci ildən Xəzər Dəniz Gəmiçiliyi kapitallaşmanı 310 milyon manat artırıb:

“Şirkətin dəyəri 1 milyard manat qiymətləndirilir. Son bir neçə il ərzində 437 milyon manat kapital investisiyaları həyata keçirmişik. Bunun 99 faizi şirkətin gəlirləri hesabına olub”.

Qeyd edək ki, hazırda QSC-nin balansında 23 tanker, 20 yük gəmisi, 2 “Ro-Ro” tipli gəmi və 13 bərə var.

www.yenicag.az

2234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv