!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan 8 erməni hərbçini geri qaytardı, bəs qarşılığında Ermənistan nə edəcək? - ŞƏRH

!Reklam – Yazi

“Bütün bunların fonunda Ermənistan rəhbərliyi Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılmasını tez zamanda həll etməlidir”.

Bu fikirləri fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdən sonra Azərbaycanın bu gün 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsi fonunda Ermənistanın qarşılıqlı addımlarının nə olacağı ilə bağlı danışan beynəlxalq münasibətlər üzrə analitik, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.

Analitikin fikrincə, erməni hərbçilər Azərbaycanın maraqları çərçivəsində qarşı tərəfə təhvil verilib:

“Erməni diversantları, terroçuları ilə bağlı bizə qarşı böyük təzyiq var idi. Lakin dövlətimiz bununla bağlı dirəniş göstərirdi. Avropa Şurası, ABŞ və digər dövlətlər onların geri qaytarılmasını istəyirdilər, biz isə məsələyə təmkinlə yanaşırdıq. Əvvəllər də bizim maraqlarımız çərçivəsində bu cür alış-verişlər baş tutub. Bu gün də 8 erməni hərbçi qarşı tərəfə təhvil verilib və deməliyik ki, bu bizim maraqlarımız çərçivəsində baş tutub. Belə ki, Avropa İttifaqı Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırıb və s.

İlham Əliyev, Emmanuel Makron, Şarl Mişelin və Nikol Paşinyanın iştirakı ile videoformatda keçirilən görüşdə işğaldan azad edilmiş ərazilərdə maddi-mədəni abidələrimizə dəymiş ziyanın hesablanması ilə bağlı missiyanın həyata keçirilməsi razılığı əldə edilib. Bundan əlavə, görüşdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi ilə bağlı Ermənistanın dürüst davranacağı da qeyd edilib. Mina məsələləri ilə bağlı da irəliləyişlərin olacağı gözləniləndir. Sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin sülh müqaviləsi məsələləri isə elə də asan proses deyil və bunlar vaxt aparacaq. Bütün bunların fonunda Ermənistan rəhbərliyi Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılmasını tez zamanda həll etməlidir. Ancaq qeyd edilən iki müddəanın yerinə yetirilməsi daha gerçəkçidir”.

Aqil Bəkir

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv