!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan ABŞ ilə Rusiya arasında uzlaşmanın nə zaman baş tutacağını gözləməməlidir” – MÖVQE

!Reklam – Yazi

“Rusiya Azərbaycanla Ermənistan arasında qarşıdurmaya son qoyulmasında qətiyyən maraqlı deyil”.

Bu fikirləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən gün ABŞ-də keçirilən görüşünə Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun “regionda gərginliyin azaldılması bu ölkələrin Rusiya ilə birlikdə imzaladıqları üçtərəfli anlaşmalar əsasında mümkündür” məzmunlu reaksiyasına münasibət bildirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ və Rusiyanın yanaşmasından asılı olmayaraq, öz siyasi iradəsinə əsaslanan addımlarını davam etdirməlidir:

“Vaxtilə, ATƏT Minsk qrupunun Qarabağ münaqişəsinin ədalətli həllinə yardım göstərəcəyinə onilliklər boyu ümid etdiyimiz kimi, indi də ABŞ və Rusiyanın regionda dayanıqlı sülhün təşəkkülünə dəstək verəcəklərinə inansaq, daha otuz il gözləməli olarıq.

Ona görə də hesab edirəm ki, Azərbaycan hakimiyyəti yaranmış şəraitdə ən optimal yolu seçərək, öz siyasi iradəsi əsasında Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurdu. Bundan sonra ABŞ-nin, yaxud da Rusiyanın nə deyəcəyini gözləməli deyilik. Bu ölkələrin hər biri ayrı-ayrılıqda məsələnin məhz onların maraqlarına uyğun formada həll olunmasına çalışır.

Konkret desək, Rusiya Azərbaycanla Ermənistan arasında qarşıdurmaya son qoyulmasında qətiyyən maraqlı deyil. Çünki bu halda Rusiya sülhməramlı adı altında Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirdiyi hərbi kontingentini təqribən iki ildən sonra oradan çıxarmalıdır. Bu səbəbdən, Rusiya Azərbaycan-Ermənistan təmaslarının qarşısını almağa, sülh müqaviləsinin imzalanmasına mane olmağa, bununla da məsələnin dalana dirənməsinə çalışır.

ABŞ isə məsələnin mümkün qədər tez həll olunmasına cəhd göstərir. Vaşinqton hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülhün yaranması Rusiyanın Cənubi Qafqazdakı dayaqlarını itirəcək və bu ölkə regiondan çıxmaq məcburiyyətində qalacaq. Peskovun bu açıqlaması ondan xəbər verir ki, Rusiya Azərbaycan və Ermənistan arasında anlaşmaya mane olmaq siyasətini davam etdirəcək. Amma Rusiyanın artıq əvvəlki gücündə olmadığını hamımız bilirik. Bu səbəbdən belə düşünürəm ki, Azərbaycan hakimiyyətinin Türkiyə ilə birlikdə atacağı addımlar bu prosesi mümkün olan qısa bir zamanda öz məntiqi sonluğuna çatdıracaq”.

A.Zeynalov

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv