!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: "Bu sahədə intensivlik müşahidə ediləcək” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“ABŞ-nin Cənubi Qafqaz regionundakı tərəfdaşı olan Azərbaycanın təhlükəsizliyi Vaşinqton üçün mühüm faktordur”.

Bunu Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirovla ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braunun görüşünün mahiyyətindən danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycan Silahlı Qüvvələri nümayəndələri ABŞ və xüsusən NATO strukturları ilə mütəmadi görüş keçirir:

“Azərbaycan NATO ilə sülh naminə əməkdaşlıq proqramı çərçivəsində Avro-Atlantik məkanına inteqrasiya üçün addımlar atır.

Düşünürəm ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirovla ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braunun görüşü çərçivəsində İranın Azərbaycana təhlükəsi də müzakirə olunub. İranın təhdidlərindən ABŞ-də narahatdır. Ona görə də gələcəkdə ABŞ-Azərbaycan hərbi görüşlərinin intensivliyini müşahidə edəcəyik. ABŞ-nin Cənubi Qafqaz regionundakı tərəfdaşı olaraq Azərbaycanın təhlükəsizliyi Vaşinqton üçün mühüm faktordur.

Zənnimcə, görüş çərçivəsində yaxın perspektivdə baş verəcək proseslərlə bağlı məsləhətləşmələr, İranın fəaliyyətinə dair kəşfiyyat məlumatlarının mübadiləsi, Azərbaycan Silahlı Qüvvələri ilə NATO və ABŞ strukturlarının inteqrasiyası müzakirə edilib”.

Nəsimi Ələsgərli

www.yenicag.az

28645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv