!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Adıyamanda konteyner şəhərciyi quracaq

!Reklam – Yazi

Kahramanmaraşda baş verən zəlzələlərdə Türkiyəyə ilk yardım əlini uzatan ölkələrdən biri olan Azərbaycan Adıyamanda 1000 konteynerlik şəhər quracaq.

Yenicag.az xəbər verir ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat açıqlamasında Azərbaycanın zəlzələ ilə əlaqədar səfərbər olduğunu bildirib.

Zəlzələnin ilk günündən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün təşkilatlarının Türkiyənin yanında olmağa çalışdığını bildirən Büyükfırat, “Azərbaycandan böyük miqdarda yardım gəlir. Biz ölkənin hər yerində varıq. İnvestisiyalarımız Kahramanmaraş, Hatay və Adıyamana çatır. Adıyamana gəldik, təşkilatlanmağa çalışırıq. TIRlarımızı AFAD mərkəzinə aparırıq.” deyib.

Konteyner şəhəri üçün işlərə başlanıldığını izah edən Büyükfırat qeyd edib ki, ilk növbədə Adıyamanda 1000 konteynerlik şəhər tikiləcək.

Konteyner şəhərdə bütün sosial sahələrin olacağını bildirən Büyükfırat, “Əvvəlcə Adıyamanda, daha sonra Hatay və Kahramanmaraşda koordinasiyalı və tam mütəşəkkil bir sahə yaradılır” deyib.

7-dən 70-ə qədər Azərbaycan xalqının türk xalqının acısını ürəyində hiss etdiyini dilə gətirən Hüseyn Büyükfırat yaradılan ərazilərdə hər cür köməklik göstərəcəklərini vurğulayıb.

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv