!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan ağırlıqqaldıranları İrəvandadırlar

!Reklam – Yazi

Avropa çempionatında yarışacaq Azərbaycan ağırlıqqaldıranları artıq Ermənistanın paytaxtı İrəvandadırlar.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri aparatının rəhbəri Arayik Arutyunyan bildirib.

“Azərbaycanlı idmançılar artıq İrəvandadırlar. Nümayəndə heyətində 12 nəfər var, onlardan dördü idmançıdır. Avropa çempionatının açılış mərasimində iştirak etməyəcəklər. Biz həm digər idmançıların, həm də azərbaycanlıların təhlükəsizliyini təmin etməyə hazırıq”.
Avropa çempionatında ölkəmizi Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq) təmsil edəcəklər. Qitə birinciliyi 15-23 aprel tarixlərində keçiriləcək.

Mənbə: newsarmenia.am

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv