!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Aİ QAZ ANLAŞMASI: Bakını hansı perspektiv və risklər gözləyir? - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan bu qaz anlaşmasına görə Rusiyadan gələ biləcək təhdidlərdən çəkinməməlidir”.

Bu fikirləri iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin imzaladığı “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, imzalanan Memorandum Azərbaycanın Avropa ilə münasibətlərində yeni mərhələ kimi qiymətləndirilməlidir:

“İmzalanan bu sənəd Azərbaycan üçün istər iqtisadi, istərsə də siyasi baxımdan son dərəcə mühüm əhəmiyyət daşıyır. İlk olaraq bunu deyə bilərik ki, Azərbaycan Avropaya təbii qaz satışının həcmini artırmaqla özünü sabit tərəfdaş kimi tanıdan Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığını xeyli dərinləşdirdi.

Eyni zamanda, qeyd olunan Memorandum tərəflər arasında siyasi münasibətləri də mövcud səviyyəsindən daha yüksək nöqtəyə qaldırmış oldu. Fikrimcə, imzalanan sənəd Azərbaycanla Avropa İttifaqı arasında siyasi münasibətlərin möhkəmləndirilməsi üçün çox əlverişli zəmin yaradıb.

Əlbəttə, Azərbaycanın Avropaya təbii qaz ixracının həcmini genişləndirməsi dövlətin gəlirlərinin artması və əhalinin rifahının yaxşılaşdırılması baxımından çox müsbət haldır. Bu mənada tərəflər arasında imzalanmış saziş birmənalı alqışlanmalıdır.

Bununla belə, sözügedən Memorandumun Azərbaycan üçün nəzərə çarpacaq cəhətdən müəyyən risklər yarada biləcəyi də nəzərə alınmalıdır. Çünki Azərbaycandan Avropaya qaz ixracının artırılması qitə dövlətlərinin Rusiya qazından imtinası fonunda baş verir. Buna da təbii ki Rusiyanın səssiz qalacağı gözlənilən durum deyil.

Amma bütün bunlara baxmayaraq, Azərbaycan bu qaz anlaşmasına görə Rusiyadan gələ biləcək təhdidlərdən çəkinməməlidir. Çünki Azərbaycanın bütün addımları beynəlxalq hüquq normalarının qorunması şərtilə atılır. Rusiya da bunu nəzərə almalıdır”.

A.Zeynalov

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv