!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan aqrar və aqrar-sənaye məhsullarının ixracını artırdı

!Reklam – Yazi

Azərbaycanın 2023-cü ildə ixrac etdiyi aqrar və aqrar-sənaye məhsullarının dəyəri 969,2 milyon dollar olub ki, bu da 2022-ci ilin göstəricisindən 6,2 faiz çoxdur.

Yenicag.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Mərkəzin məlumatlarına görə, 2023-cü ildə ölkədən 768,2 milyon dollar dəyərində aqrar məhsullar ixrac olunub ki, bu da 2022-ci ilin göstəricisindən 7,1 faiz çoxdur.

Ötən il Azərbaycandan xaricə 201 milyon ABŞ dolları dəyərində aqrar-sənaye məhsullarının satışı həyata keçirilib. Bu isə 2022-ci ilin analoji göstəricisindən 3,2 faiz çoxdur.

İxrac olunan ərzaq məhsullarının dəyəri isə 928,2 milyon dollar olub.

2023-cü ildə meyvə-tərəvəz ixracı 2022-ci illə müqayisədə 8,7 faiz artıb.

Bundan başqa, İİTKM-in məlumatlarına görə, 2023-cü ildə spirtli və spirtsiz içkilərin ixracı 1,9 faiz artıb.

Mərkəzin hesablamalarına görə, 2023-cü ildə ​​​​​​ütünlükdə ixrac Azərbaycana 33,9 milyard dollar gəlir gətirib. Bunun 3,3 milyard dolları isə qeyri-neft məhsullarının payına düşüb (9,8 faiz artım).

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv