!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan atıcısı Bakıda dünya çempionu oldu - FOTO

!Reklam – Yazi

Bakıda keçirilən atıcılıq zrə 53-cü dünya çempionatı davam edir.

Yenicag.az xəbər verir ki, bu gün 25 metr məsafəyə mərkəzə atəş tapançasından atış növündə kişi və qadınların yarışı keçirilib.

Gün azərbaycanlı idmançılar üçün uğurlu başlayıb.

Yekun nəticələrə görə, Nigar Nəsirova qızıl medal qazanıb. Nərminə Səmədova gümüş medalın sevincini yaşayıb. Üçüncü yerə Monqolustandan olan atlet Xişiqderger Enxbat sahib olub.

Kişilərin mübarizəsində Almaniyanı təmsil edən Kristian Reytz qızıl medal qazanıb. Gümüş medalı Estoniyanı təmsil edən Peeter Olesk aktivinə yazıb. Sloveniya atleti Joze Çeper bürünc medala yiyələnib.

Bu yarışın kişilərin komanda növündə Almaniya birinci, Koreya ikinci, Hindistan üçüncü olub.

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv