!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan avarçəkəni İtaliyada qızıl medal qazandı

!Reklam – Yazi

Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb.

Azərbaycan Avarçəkmə Federasiyasından Yenicag.az-a verilən məlumata görə, idmançımız bu uğura 31 mart – 2 aprel tarixlərində İtaliyada təşkil edilən “Paolo d’Aloja” memorialında imza atıb.

İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə keçirilən beynəlxalq reqatada Diana birnəfərlik qayıqla 2000 metr məsafəyə təsnifat mərhələsində 3-cü olub və finala vəsiqə qazanıb. Olduqca gərgin keçən final yürüşündə isə idmançımız ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki 1,05 saniyə geridə qoymaqla qızıl medala layiq görülüb.
Finişə 3-cü çatan Özbəkistan təmsilçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1,3 saniyə ayırıb.

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv