!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulacaq? - "Zaxarova arzularını istədiyi formada dilə gətirə bilər" - ŞƏRH

!Reklam – Yazi

“Bunlar Mariya Zaxarova səviyyəsində həll olunan məsələlər deyil”.

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin Azərbaycanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi status ala biləcəyi ilə bağlı sözlərini şərh edərkən səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında bildirib.

Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycanın sözügedən ittifaqa qoşulması ilə bağlı heç bir rəsmi mövqe sərgilənməyib:

“Bu, əslində, rəsmi Moskvanın daha öncə də səsləndirdiyi mövqedir. Məsələnin aydınlaşdırılması üçün sözügedən brifinqi tam izləmək lazımdır ki, sual hansı jurnalist tərəfindən verilib. Əgər sual Ermənistanı təmsil edən və ya erməni cameəsinə aid olan jurnalist tərəfindən dilə gətirilibsə, burada mətnaltı məqsədlərin olduğunu görə bilərik.

Söhbət əgər Avrasiya İqtisadi İttifaqından gedirsə, Azərbaycanın bu ittifaqa qoşulması ilə bağlı hər hansı rəsmi mövqeyi ortalıqda yoxdur. Mariya Zaxarova da öz arzularını istədiyi formada dilə gətirə bilər. Ola bilsin, bu fikirlər Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığı ilə bağlı Brüsseldə səsləndirilən fikirlər kontekstində dəyərləndirmədir. Azərbaycan iqtisadi əməkdaşlığı siyasiləşdirməyən dövlətdir. Həm özünün enerji layihələrinə münasibətdə, həm nəqliyyat dəhlizlərində, həm də ayrı-ayrı ölkələrlə iqtisadi əməkdaşlığı heç vaxt siyasiləşdirmir. Avrasiya İqtisadi İttifaqına siyasi kontekstdəın baxdığımızı düşünmürəm. Təmsilçiliklə bağlı Azərbaycanın rəsmi qərarı da yoxdur. Gələcəkdə hansısa formada əməkdaşlığın baş tutması mümkündür, amma bu, Mariya Zaxarova səviyyəsində həll olunan məsələlər deyil”.

Aqil Bəkir

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv