!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Avrasiya İttifaqına üzv olacaq? – ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın Avrasiya İttifaqına daxil olan ölkələrlə yüksək iqtisadi əlaqələri var, üzv olmağın mənası yoxdur”.

Bu fikri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmaqla bağlı iddialara münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayevin sözlərinə görə, Azərbaycanın o İttifaqa üzv olmasına ehtiyacı yoxdur:

“Azərbaycan indiyənə qədər Avrasiya İttifaqına qoşulmayıb. Ancaq İttifaqa daxil olan ölkələrlə çox ciddi iqtisadi əlaqədədir. Yalnız Ermənistan xaric.

Dünən keçirilən tədbirə də Azərbaycan qonaq qismində dəvət olunmuşdu. Burada məqsəd o idi ki, fürsətdən istifadə Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü baş tutsun. Azərbaycanın Avrasiya İttifaqına daxil oldu, olmadı, bu, heç nəyi dəyişmir. Azərbaycanın Avrasiya İttifaqına daxil olacağını da gözləmirəm”.

Səxavət Məmməd

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv