!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan Avrasiya İttifaqından zərrə qədər də xeyir götürə bilməz” - Politoloq

!Reklam – Yazi

“Bundan başqa, Ukrayna müharibəsi də Rusiya silahının imicinə ölümcül zərbə endirib”.

Bu fikirləri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə əlaqədar gedən müzakirələri dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Onun fikrincə, Azərbaycana Avrasiya İttifaqına qoşulmaq yox, ikitərəfli əlaqələrdən səmərəli istifadə etmək lazımdır:

“Azərbaycanın Avrasiya İttifaqından zərrə qədər də xeyir götürməsi imkan xaricindədir. Baxın Qazaxıstan Avrasiya İttifaqına qoşulub. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yükü indi Qazaxıstan iqtisadiyyatının üzərinə düşüb və bu ölkə nəhəng pullar itirməkdədir.

Bildiyiniz kimi, Avrasiya İttifaqı ölkələrinin ümumi gömrük sistemi yaradılıb. Oradan toplanan vəsaitlər isə ümumi büdcəyə toplanır. Sanksiyalar şəraitində isə Rusiyanın əl-qolu bağlansa da, digər ölkələrin hesabına bu itkilərinin əvəzini çıxır.

Ümumiyyətlə, nəzər saldıqda aydın görünür ki, Rusiya iqtisadiyyatının hər hansı cazibəsi yoxdur. Eyni zamanda, bu ölkə elm və texnologiya sahəsində, o cümlədən vaxtilə çıxışı olan bazarları itirə-itirə gedir. Bundan başqa, Ukrayna müharibəsi də Rusiya silahının imicinə ölümcül zərbə endirib.

Yəni bu ittifaqa qoşulmaq Azərbaycana heç nə verə bilməz. Bəli, Rusiya gücsüz deyil, ölkələrə təsir imkanları var. Amma Azərbaycana nə güc tətbiq edəcək ki? Biz Rusiya ilə ikitərəfli əlaqələrin faydası varmı? Bəli, var. Ona görə də Avrasiya İttifaqına qoşulmaq yox, bu əlaqələrdən səmərəli istifadə etmək lazımdır”.

A.Zeynalov

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv