!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Avropa İttifaqı MÜNASİBƏTLƏRİ: İkitərəfli sazişin imzalanması niyə yubanır? – ŞƏRH

!Reklam – Yazi

“Xüsusi nümayəndənin Bakıya səfəri ikitərəfli əməkdaşlığa dair sənədin üzərində işi tamamlayıb başa çatdırmaq məqsədi daşıyır”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi Toyvo Klaarın Bakıya səfərinin məqsədini şərh edən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, tərəflər arasında müəyyən məsələlərə dair anlaşmanın əldə olunmaması ikitərəfli sazişin imzalanmasını ləngidir:

“Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərə dair sənədin imzalanması üçün çoxdandır ki, işlər davam etdirilir. Qeyd olunmalıdır ki, imzalanması nəzərdə tutulan həmin sənədin bir çox müddəları artıq razılaşdırılıb.

Bununla belə, o sənədə yönəlik Avropa İttifaqının irəli sürdüyü müəyyən müddəalar Azərbaycan tərəfindən qəbul edilməyib. Bu səbəbdən də sənədin paraflanması, daha sonra isə təsdiqlənməsi yubanır.

Ümumilikdə deyə bilərik ki, xüsusi nümayəndənin Bakıya səfəri Azərbaycanın gələcəkdə Avropa İttifaqı ilə əlaqələrinin hansı formada qurulacağını tənzimləyən sənədin üzərində işi tamamlayıb başa çatdırmaq məqsədi daşıyır”.

Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri nizamlayacaq sənədlə bağlı Bakının qəbul etmədiyi müddəaların siyasi məsələləri, ilk növbədə isə seçki islahatlarının həyata keçirilməsini əhatə etdiyinə dair məlumatlar yayılıb.

A.Zeynalov

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv