!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan “Avroviziya”da ilk dəfə yarımfinala çıxa bilmədi - VİDEO

!Reklam – Yazi

Portuqaliyanın paytaxtı Lissabonda “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə start verilib.

Yenicag.az xəbər verir ki, bu gün müsabiqənin təşkil olunduğu “Altis Arena”da ilk yarımfinal keçirilib.

Azərbaycanı təmsil edən Aysel Məmmədova də müsabiqədə çıxış edib. O, “X my heart” adlı mahnısını səsləndirib.

Qeyd edək ki, bu mahnını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar.

Lakin Azərbaycan tarixində ilk dəfə “Avroviziya”nın finalına çıxa bilməyib. Aysel Məmmədova televiziya tamaşaçıları və peşəkar münsiflər heyətinin səsverməsi nəticəsində müsabiqədən kənarda qalıb.

Müsabiqədə 43 ölkə iştirak edir. Onlardan 37-si yarımfinallarda mübarizə aparacaq. İkinci yarımfinal mayın 10-da, final isə mayın 12-də baş tutacaq.

www.yenicag.az

5723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv