!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan azad edilmiş ərazilərdə xarici investorlara böyük imkanlar təqdim edir – Nazir müavini

!Reklam – Yazi

Azərbaycan azad edilmiş ərazilərdə xarici investorlara böyük imkanlar təqdim edir.

Yenicag.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parkları bölgənin iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyasının vacib mexanizmidir.

“Hazırda minaların təmizlənməsi üzrə intensiv işlər aparılır, infrastruktur və kommunikasiyalar bərpa olunur və yenidən yaradılır, iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Keçmiş məcburi köçkünlərin ilk qrupu artıq doğma yurdlarına qayıdıb. İşğal dövründə dağıdılmış şəhərlərin baş planları hazırlanıb və təsdiq edilib”, – deyə o bildirib.

Nazir müavini qeyd edib ki, Füzuli beynəlxalq hava limanı istifadəyə verilib, yaxın zamanlarda Zəngilan beynəlxalq hava limanı işə düşəcək.

“Yaşayış məntəqələrinin bərpası üzrə tikinti işləri “ağıllı” şəhər və kənd konsepsiyasının istifadəsi ilə yerinə yetirilir. Qarabağ həm də “yaşıl” enerji zonası elan edilib. Alternativ enerjinin istifadəsi, sıfır tullantı konsepsiyasına xüsusi diqqət yetirilir. Bütün layihələr müasir texnologiyaların istifadəsi və ekoloji standartlarla icra olunur”, – S.Məmmədov deyib.

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv