!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Basketbol Liqası: "Xəzri" və "Xırdalan" qələbə qazandı

!Reklam – Yazi

Azərbaycan Basketbol Liqasının VII turunda daha iki oyun keçirilib.

Yenicag.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində ilk olaraq meydana “Xəzri” və “Sumqayıt” komandaları çıxıb. Maraqlı mübarizə şəraitində keçən görüş Bakı təmsilçisinin 95:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca “Sərhədçi” – “Xırdalan” oyunu start götürüb. Bu qarşılaşmada isə qonaqlar qalib gəliblər.

Qeyd edək ki, “NTD-İndiqo” 13 xalla liderdir. Eyni xala malik “Xəzri” ikinci yerdədir. “Neftçi” 12 xalla 3-cü, 11 xal toplayan “Sabah” isə dördüncü sıradadır.

Azərbaycan Basketbol Liqası

8 dekabr

“Xəzri” – “Sumqayıt” – 95:85 (25:28, 23:19, 25:18, 22:20)

“Sərhədçi” – “Xırdalan”- 57:79 (8:13, 15:19, 19:18, 15:29)

“Neftçi” – “NTD-İndiqo” – 71:93 (10:18, 21:28, 21:24, 19:23).

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv