!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan basketbol millilərinin AÇ-də rəqibləri müəyyənləşdi

!Reklam – Yazi

Azərbaycanın oğlan və qızlardan ibarət basketbol millilərinin Avropa çempionatındakı rəqibləri bəlli olub.

Yenicag.az xəbər verir ki, 12-21 iyulda Rumıniyanın Piteşti şəhərində 20 yaşlı oğlanlar arasında Avropa çempionatı B divizionun oyunları baş tutacaq.

Püşkatmaya əsasən, U-20 yığmamız B qrupunda, Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiya seçmələrinə rəqib olacaq.

23-28 iyulda isə Albaniyanın Elbasan şəhərində 18 yaşadək oğlanlar arasında baş tutacaq Avropa çempionatı C divizionunda U-18 yığmamız B qrupunda, Moldova, Ermənistan və Monako komandalarının rəqibi olacaq. Eyni tarixlərdə U-18 qız millimiz isə Kosovonun Priştina şəhərində Avropa çempionatının C divizionunun B qrupunda, Albaniya, Gürcüstan və Ermənistan yığmaları ilə üz-üzə gələcək.

9-14 iyulda Albaniyanın Durres şəhərində 16 yaşadək oğlanlar arasında baş tutacaq Avropa çempionatının C divizionunda U-16 yığmamız A qrupunda, Albaniya, Malta və Moldova komandalarının rəqibi olacaq. Eyni tarixlərdə U-16 qız komandamız isə Cəbəllütariqdə baş tutacaq Avropa çempionatının C divizionunun A qrupunda, Gürcüstan, Ermənistan və Kipr seçmələri ilə qarşılaşacaq./Report/

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv