Polşanın Qdansk şəhərində,“Azərbaycan bayrağı” Beynəlxalq intellektual festivalı keçirilib.
Klubdan Yenicag.az-a bildiirlib ki, festival Azərbaycan Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Atəşgah” İntellektual Oyunlar Klubu və Avropa İntellektual Klublar Birliyi ilə birlikdə keçirilib.
Festivalın təşkilat komitəsinin rəhbəri İlkin Yetirmişli çıxışında bu ideyanı dəstəkləyən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunatəşəkkür edib.
Festival intellektual oyunlar vasitəsiləxarici biliciləri Azərbaycanın tarixi və mədəni irsi ilə tanış etmək məqsədi daşıyır. Azərbaycan dövlət himndən sonra festivala start verilib.
Yelena Keyrane aparıcılıq etdiyi festivalda altı ölkədən 16komanda iştirak edib. İki gün ərzində “Nə Harada? Nəzaman?”, Breynrinq və “QuAZ” Azərbaycan milli intellektual oyunları üzrə turnirlər keçirilib. “Nə? Harada? Nə zaman?” oyunu üzrə turnirdə 90 sual səsləndirilib. Turnirin qalibi Polşanın “Qleb Şışkin” komandası olub, ikinci yeri Latviyanın “Pardaugava” komandası, üçüncü yeri isə Rusiyanın “23 krasnoye” komandası qazanıb. Breyn-rinq oyununda yenə də Polşanın “Qleb Şışkin” komandası qalib gəldi, ikinçi yeri Rusiyanın “9 val”, üçüncü yeri isə Litvanın “Komanda Borata Saqdiyeva” qazanıblar. “QuAZ” oyununda isə Rusiyanın “23 krasnoye” komandası qalib gəlib.