Martın 23-də keçiriləcək Azərbaycan – Belarus matçının hakimləri açıqlanıb.
Yenicag.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı Andris Treymanis idarə edəcək. Latviyalı referinin köməkçiləri isə Haralds Qudermanis və Alekseys Spasyonnikovsdur.
Qeyd edək ki, Treymanis daha əvvəl DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Almaniya – Azərbaycan matçını idarə edib. Sözügedən qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.