!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan-Belçika oyunu: Millimiz məğlub oldu - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-şeytanlar”ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb – 2:0.

Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub. Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz 7 xalla dördüncü, Estoniya bir xalla sonuncu yeri tutub./Report/

***21:38

Lukaku poker edir. 37-ci dəqiqədə o hesabı 4:0 edir.

***

Lukaku het-trik edir. O, 27 və 30-cu dəqiqələrdə fərlqənir.

***

Belçika hesabı açdı. Lukaku, 17-ci dəqiqədə fərqləndi.

***

Matç başladı.

***20:19

Noyabrın 19-da “Avro-2024”ün seçmə mərhələsində qarşılaşacaq Belçika və Azərbaycan millilərinin start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, Belçikanın heyətində meydana Kun Kastels, Vaut Fas, Yan Vertongen, Timoti Kastan, Artur Teat, Orel Manqala, Aster Vranks, Leandro Trossard, Yohan Bakayoko, Ceremi Doku və Romelu Lukaku çıxacaqlar.

Azərbaycan millisinin start onbirliyində isə Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Anton Krivotsyuk, Höccət Haqverdi, Elvin Cəfərquliyev, Toral Bayramov, Eddi İsrafilov, Aleksey İsayev, Emin Mahmudov, Mahir Emreli və Renat Dadaşov yer alıblar.

Brüsseldə “Kral Boduən” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Hazırda qrupda ikinci pillədə qərarlaşan Belçikanın hesabında 17 xal var. Azərbaycan isə 7 xalla F qrupunda dördüncüdür./Azertag/

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv