!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan boksçusu İtaliyada 1/8 finala yüksəldi

!Reklam – Yazi

Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, ikiqat Avropa çempionu ikinci görüşündə Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.

Hüseynov qitənin ən güclüsünə və dünya çempionatının finalçısına 5:0 hesabı ilə qalib gəlib. O, 1/8 final döyüşünü martın 10-da keçirəcək.

Qeyd edək ki, Nicat Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdəki ilk qarşılaşmasında Deepak Deepaka (Hindistan) qalib gəlib. O, yarımfinala yüksələcəyi halda olimpiadaya vəsiqə əldə edəcək.

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv