!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan buna görə həmin layihəyə maraq göstərmir" - Paşinyan

!Reklam – Yazi

Ermənistanın təqdim etdiyi “Sülh yollarının kəsişməsi” layihəsinə gəlincə, Azərbaycanın ilk reaksiyası ondan ibarətdir ki, onlar İranla kommunikasiyaların açılması layihəsini həyata keçirdikləri üçün artıq həmin layihəyə maraq göstərmirlər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O, qeyd edib ki, “Sülhün kəsişməsi” layihəsinin prinsiplərinə görə, hər bir ölkə öz dövlət institutları vasitəsilə sərhəd gömrük nəzarətini həyata keçirir və öz ərazisində təhlükəsizliyi təmin edir: “Bu, bizim beynəlxalq tərəfdaşlarımıza, o cümlədən Azərbaycan, Türkiyə, İran, Gürcüstana etdiyimiz təklifdir. Azərbaycanın ilk reaksiyası isə odur ki, onlar İran İslam Respublikası ilə həmin kommunikasiya layihəsini həyata keçirdikləri üçün artıq həmin layihə ilə maraqlanmırlar. Biz qətiyyən etiraz etmirik. Amma bizim təklifimiz budur. Təklifimiz qəbul olunarsa, bu layihə həyata keçiriləcək”./unikal

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv