!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan bürokratiyasındakı bir qrup bu prosesi ləngitməklə məşğuldur” – ŞƏRH

!Reklam – Yazi

“Halbuki strateji sazişin imzalanması həm Azərbaycan, həm də Avropa İttifaqı üçün çox faydalıdır”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Bakıya səfərinin Azərbaycanla Aİ arasında strateji sazişin imzalanması prosesinə təsirini şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, hazırda Azərbaycan və Aİ arasında həllini gözləyən əsas məsələ ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyüdür:

“Azərbaycan digər postsovet ölkələri kimi Avropa İttifaqı ilə assosiativ saziş imzalamadı. Bununla bağlı Bakının mövqeyi belə oldu ki, Azərbaycan Avropanın enerji təchizatında önəmli rol oynadığı üçün bizimlə fərqli saziş imzalanmalıdır. Amma illərdir, o sazişin üzərində iş getsə də, proses yekunlaşmayıb.

Eyni zamanda, əvvəllər Bakıdan Qarabağla bağlı da müəyyən iradları vardı ki, Avropa İttifaqının müxtəlif sənədlərində assosiativ saziş imzalamış o biri dövlətlərin ərazi bütövlüyü vurğulandığı halda, Azərbaycanla bağlı sənədlərdə bu yanaşmadan imtina olunur.

Ancaq İkinci Qarabağ savaşından sonra bu məsələ də artıq bizim xeyrimizə həll edilib. Tək bir tələb qalır və o da Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsidir. Bu prosesi də uzatmağın heç bir əhəmiyyəti yoxdur. Prezident də artıq tapşırıq verib ki, bu istiqamətdə işlər sürətləndirilsin.

Ancaq Azərbaycan bürokratiyasındakı bir qrup bu prosesi sanki ləngitməklə məşğuldur. Halbuki strateji sazişin imzalanması həm Azərbaycan, həm də Avropa İttifaqı üçün çox faydalıdır. O baxımdan, hesab edirəm ki, haqqında danışdığımız məsələlərin bu il tamamilə yekunlaşdırılması və strateji sazişin imzalanması çox vacibdir”.

A.Zeynalov

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv