!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Bütövlük Platformasının İdarə Heyəti formalaşdı - Bəhram İsmayılov sədr seçildi / FOTOLAR

!Reklam – Yazi

Ötən ay təsis edilən Azərbaycan Bütövlük Platforması İdarə Heyətinin ilk toplantısı keçirilib.

ABP İdarə Heyətinin 11 nəfərlik tərkibi aşağıdakı kimi formalaşıb: Novella Cəfəroğlu (Dilarə Əliyeva adına Qadınlar Cəmiyyətinin sədri); Rafiq Turabxanoğlu (Turan Xalq Demokratik Partiyasının sədri); Çindiz Ğöytürk (Güney Azərbaycan Milli mücadiləsinin öncülü); Əhməd Obalı (Günaz TV-nin rəhbəri); Gülşən Məmmədoğlu (tarixçi alim, QHT rəhbəri); Ədalət Yusub (ADR sədr müavini); Bəhram İsmayıl (hərəkatçı, siyasətçi); Taleh Əliyev (Ümid Partiyası icra aparatının rəhbəri); Qorxmaz İbrahimli (MHB sədr müavini); Əli Həziquliyev (BAXCP sədr müavini); Nəsimi Şərəfxanlı ( VHP sədr müavini).

İdarə Heyəti tam yekdilliklə Bəhram İsmayılovun ABP sədr seçilməsinə qərar verib. Daha sonra ABP-nin simvolları haqda müzakirə edilib. Təşkilatın nizamnaməsinin hazırlanması üçün işçi qrup yaradılıb. Platformanın yaxın dövr üçün fəaliyyət proqramı qəbul olunub.

Xatırladaq ki, Azərbayca Bütövlük Platforması Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları birləşdirən ideoloji hərəkat kimi təsəs edilib. ABP – nin məqsədi Azərbaycan xalqının öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv