Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Azərbaycan cəbhədə üstünlüklər qazandı" - Hüseyn Altınalan aprel döyüşündən danışdı

“2 apreldə Ermənistanın atəşkəs rejimini pozması ilə səhərin erkən saatlarında başlayıb 5 aprelde Moskvada imzalanan müqaviləyə qədər davam edən Dağlıq Qarabağdakı qarşıdurmalarda Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı və bununla da işğal altındakı bəzi ərazilərini geri qaytardı”.

Yenicag.az xəbər vegir ki, bu sözləri Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan 2016-cı ilin aprel döyüşlərini şərh edərkən deyib.

H.Altınalan bildirib ki, münaqişə ilə Azərbaycan həm psixoloji, həm də mümkün ola biləcək yeni qarşıdurmalar baxımından müəyyən üstünlüklər qazandı:

”İşğalçı Ermənistana ağır itkilər verdirən bu zəfərin qazanılması canını qurban verən qəhrəman qardaşlarımızın sayəsində olub. Erməni işğalının tez bir zamanda sona çatacağına inanır, vətən uğrunda canını heçə sayan qardaşlarımıza Allahdan rəhmət diləyirik.”

www.yenicag.az

253