!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan cəmiyyətinin Rusiya və Qərb tərəfdarlarına parçalanmasına imkan verməməliyik” – ŞƏRH

!Reklam – Yazi

“Biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyırıq, bu mövqe heç vaxt dəyişə bilməz”.

Bu fikirləri Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Azərbaycan cəmiyyətində bu savaşa münasibətdə müşahidə olunan fərqli yanaşmalara münasibət bildirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Partiya funksionerinin sözlərinə görə, sözügedən məsələyə Qərbin, yaxud da Rusiyanın deyil, Azərbaycanın milli dövlət maraqları prizmasından yanaşmalıyıq

“Hesab edirəm ki, biz bu məsələyə elə iki ölkə arasında gedən müharibə kimi baxmalıyıq və bu savaşda Azərbaycanı tərəf olaraq görməməliyik. Fikrimcə, qeyd olunan məsələyə yanaşmada Türkiyə ilə eyni mövqedən çıxış etməliyik. Həm milli maraqlar, həm də regionda sabitliyin qorunması baxımından, bunun daha doğru olduğunu düşünürəm.

Bilirsiniz ki, Türkiyə beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq, Rusiyanı qınayır, onun suveren bir ölkəyə qarşı hərbi təcavüzünü pisləyir, ancaq bununla belə, NATO-nun üzvü olmasına baxmayaraq, öz milli maraqlarını əsas götürərək o ölkəyə qarşı tətbiq olunan sanksiyalara qoşulmur.

Ona görə də Türkiyə ilə müqayisədə Azərbaycanın belə bir mövqe tutması daha asan və mümkündür. Belə bir şəraitdə sözügedən müharibəyə dair mövqe ifadə edərkən, məsələyə Qərbin, yaxud da Rusiyanın deyil, Azərbaycanın milli dövlət maraqları prizmasından yanaşmalıyıq.

Təbii ki, beynəlxalq hüququn prinsipləri hamı üçün eyni olmalıdır. Biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyırıq, bu mövqe heç vaxt dəyişə bilməz. Lakin mövcud situasiyada Azərbaycan cəmiyyətinin bu məsələ üzündən iki yerə – Rusiya və Qərb tərəfdarlarına parçalanmasına imkan verməməliyik.

A.Zeynalov

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv