!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan çempionatında finalın vaxtı açıqlandı

!Reklam – Yazi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında I Liqanın final tarixi bəlli olub.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

“Express” və “Təhsil” arasında matç aprelin 16-da keçiriləcək. Görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Qarşılaşmanın start fiti isə saat 12:30-da çalınacaq. Ardınca I Liqa yarışlarında medal qazanan qadın və kişi komandaları mükafatlandırılacaq və çempionatın bağlanış mərasimi keçiriləcək.

Kişi voleybolçuların I Liqasının bürünc medalçısı artıq bəlli olub. “Hərbi İnstitut” həlledici matçda “Kapitalist” klubuna 3:0 hesabı ilə qalib gələrək üçüncü yerə sahib çıxıb.

Qeyd edək ki, qadınların I Liqasında isə finalda “Azərreyl-2” klubunu 3:1 hesabı ilə üstələyən “Xarı bülbül” qızıl, “Murov-2” kollektivini 3:2 hesabı ilə məğlub edən “Ryuqa” isə bürünc medal qazanıb.

I Liqa (kişilər)
16 aprel
Final
12:30 “Express” – “Təhsil”

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv