!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Azərbaycan çox ciddi rəqibdir" - Belçika millisinin baş məşqçisi

!Reklam – Yazi

“Start heyəti ilə bağlı heç nə deməyəcəyəm. Amma bəzi dəyişikliklər edəcəm. Yeni ruh lazımdır. Bütün bunları deyə bilərəm. Azərbaycana qarşı bizi çox ciddi matç gözləyir”.

Yenicag.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avro-2024-ün seçmə mərhələsinin F qrupunda Brüsseldə Azərbaycan yığması ilə sabah keçiriləcək oyundan əvvəl təşkil oluna mətbuat konfransında deyib.

Mütəxəssis matçın çətin keçəcəyini vurğulayıb:

“Azərbaycan çox ciddi rəqibdir. Azərbaycan millisi Avstriya ilə görüşdə qalib gəlməyə layiq idi və bu həftənin əvvəlində İsveçi 3:0 hesabı ilə məğlub edib. Unutmayın ki, Bakıda da çətin anlar yaşadıq. İsveçə qalib gəlsəydik (1:1), artıq vəsiqə qazanacaqdıq. Biz bunu indi etməliyik. Meydança bəhanə olmayacaq. Təbii ki, meydança yaxşı vəziyyətdə olsa, futbolumuz daha da yaxşı görünər. Amma bu məni narahat etmir”.

Qeyd edək ki, sabah Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv