!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcəklər

!Reklam – Yazi

Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək cüdo üzrə Avropa Kata turnirində iştirak edəcək.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, yarış mayın 11-i start götürəcək.

10 ölkədən 104 idmançının iştirak edəcəyi birincilikdə ölkəmiz 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız turnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Nage-no-Kata

Malik Alahverdiyev – tori (hücum edən idmançı)

Samir İsmayılov – uke (hücum edilən idmançı)

İsmayıl Rzayev – tori

İbrahim Aslanov – uke

Katame-no-Kata

Rafiq Nəcəfov – tori

Əmrah Əhmədov – uke

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv