Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Azərbaycan Dəmir Yolları"nda işləmək istəyənlərin DİQQƏTİNƏ

Azərbaycan Dəmir Yolları QSC-də insan resursları potensialının yüksək ixtisasa və müasir dünyagörüşünə malik mütəxəssislər hesabına gücləndirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində işə qəbulun mərkəzləşdirilmiş və kollegial qaydada obyektiv və şəffaf prosedurlarla vahid mexanizm əsasında həyata keçirilməsi məqsədilə yeni işə qəbul sistemi formalaşdırılıb.

QSC-dən Yenicag.az-a verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları”nda sahə üzrə geniş təhlillər aparılaraq müasir beynəlxalq təcrübəyə və nəzəri əsaslara uyğun olaraq işə qəbul qaydaları hazırlanıb və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müvafiq əmri ilə təsdiq edilib.

“Azərbaycan Dəmir Yolları” QSC üzrə elan edilmiş vakansiyalara namizədlər rəsmi internet səhifəsinin (www.ady.az) “Karyera” bölməsinə daxil olmaqla müraciət edə bilərlər. Müraciət edən namizədlər ilk öncə vakansiyanın təsviri forması ilə tanış olmalı və işə qəbul üzrə müraciət formasını doldurmaqla göndərməlidir.

“Azərbaycan Dəmir Yolları” QSC-də müsabiqə bir qayda olaraq, qulluqçu vəzifələri üzrə test və müsahibədən və fəhlə peşələri üzrə isə test və peşə imtahanından ibarət müsabiqə yolu ilə həyata keçirilir.

www.yenicag.az

1814