Azərbaycanda hərbi və geosiyasi təmayüllü ixtisaslaşmış sayt: Ordu.az işə başlayıb. Sayt Azərbaycan Ordusu, ölkəmizin hərbi sənaye kompleksi, qəhrəmanlarımız, hərb tarixmizlə bağlı mövzulara üstünlük verəcəyik.
Yenicag.az xəbər verir ki, saytın məqsədi ölkənin media məkanında hərbi-geosiyasi, hərbi-texnoloji mövzularla bağlı məlumat və analiz boşluğunu doldurmaqdır. Digər məqsəd isə dünyada gedən informasiya müharibəsində Azərbaycanın mövqelərinin güclənməsinə xidmət etmək, ölkəmizə və ordumuza qarşı olan təxribatlara cavab verməkdir.
Həmçinin Ordu.az gənclərə vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət ayıracaq.
Qeyd edək ki, saytın rusdilli versiyası olan armiya.az artıq bir müddətdir işə başlayıb və özünə böyük diqqət toplaya bilib. Yaxın gələcəkdə isə ingilisdilli versiyanın da açılacağı gözlənilir.
Ordu.az-ın baş redaktoru Şahin Qocayevdir.