!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan dilinə tərcümə edilmiş ilk Matta və Yuhanna incilləri: Türkiyədə unikal dissertasiya yazılır

!Reklam – Yazi

Türkiyənin Pamukkale Universitetində 17-ci əsrdə Azərbaycan dilinə tərcümə edilmiş Matta və Yuhanna incilləri barədə dissertasiya işi hazırlanır.

Yenicag.az xəbər verir ki, dissertasiya universitetin Sosial Elmlər İnstitutunun Türk dili və ədəbiyyatı kafedrasının Çağdaş türk ləhcələri və ədəbiyyatları şöbəsinin müdürü dosent Salih Mehmet Arçının elmi rəhbərliyində azərbaycanlı doktorant Maral Əskərova tərəfindən yazılır.

“Uppsala Üniversitesi Kütüphanesinde 469757 Numarada Kayıtlı Matta ve Yuhanna İncilleri (İnceleme-Metin-Dizin)” adlı dissertasiya işinin obyekti olan incillər Baltazar De Lauzier tərəfindən yazıya alınıb, əsərin sahibi isə Yohan Qabriel Sparuenfelddir.

Matta və Yuhanna incillərinin 17-ci əsrdə fransız imlalı latın əlifbasıyla Azərbaycan türkcəsində yazıya alınmış forması olan əsər 113 vərəqdən ibarətdir. Uzunluğu 19,5 sm, eni 16 sm, qalınlığı is 2,5 sm olan əsərin sətirləri 18-20 arasında dəyişməkdədir. İki hissədən ibarət olan əlyazmanın birinci hissəsində Matta İncilinin tərcüməsi yer alır. Bu hissə 28 parçadan ibarətdir. İkinci hissədə isə 21 parçadan ibarət Yuhanna İncilinin tərcüməsi yer alır. Əsərin hansı dildən tərcümə edildiyi məlum deyil.

Əlyazma haqqında ilk məlumatı türkoloq Lars Yohanson “Isfahan-Moscow-Uppsala. On Some Middle Azeri Manuscripts and Stations Along Their Journey to Uppsala” adlı məqaləsində elm aləminə təqdim etmişdir.

Əsər həm İran coğrafiyasında ilk türkcə Müqəddəs Kitab tərcüməsi (Matta və Yuhanna incilləri), həm də Azərbaycan türkcəsində yazıya alınmış ilk latın əlifbalı sənəd olaraq tarixi əhəmiyyətə malikdir.

Əsərin tanınması və Azərbaycan türkcəsinin tarixi araşdırmaları ilə məşğul olan tədqiqatçıların istifadə edə biləcəyi qaynaq hazırlanması məqsədilə çalışmalar davam etdirilir. Ən qısa zamanda yayımlanaraq oxucuların istifadəsinə veriləcək.

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv