!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan diplomatiyasının növbəti SINAĞI: “BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr...”

!Reklam – Yazi

“İclasa böyük ümidlə yollanan Ermənistanın xarici işlər naziri oradan suyu süzülmüş vəziyyətdə geri qayıtmalı oldu”.

Bu fikirləri BMT Təhlükəsizlik Şurasının Laçın yolundakı vəziyyətə həsr olunmuş dünənki iclasının nəticələrini dəyərləndirən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının iclasının nəticəsi Azərbaycan diplomatiyasının növbəti uğurudur:

“BMT Təhlükəsizlik Şurasının dünən keçirilən iclasına Ermənistan böyük ümidlərlə qatılmışdı. Fransanın dəstəyi ilə Laçın yolunun guya bağlanmasına dair saxta ittihamlara əsaslanan məsələni təcili şəkildə BMT-də qaldıran Ermənistan öz çirkin məqsədlərini reallaşdırmaq üçün Təhlükəsizlik Şurasını siyasi alətə çevirməyə cəhd göstərdi.

Amma aparılan müzakirələr onu göstərdi ki, beynəlxalq hüquq qalib gəldi və Ermənistanın bu cəhdi də digərləri kimi növbəti dəfə iflasa uğradı. İclasda iştirak edən BMT-dəki daimi nümayəndəmiz Yaşar Əliyev geniş məruzə ilə çıxış edərək Təhlükəsizlik Şurasının üzvlərini əsl reallıqlarla ətraflı tanış etdi.

Diqqətə çatdırıldı ki, Azərbaycan Laçın yolunu bağlamayıb və həmin yolla bu gün də Qırmızı Xaç Komitəsinin müşayəti ilə avtomaşınların hərəkətinə şərait yaradılır. Bununla yanaşı, Azərbaycanın Qarabağ ermənilərinin ehtiyaclarının təmin olunması üçün Ağdam-Xankəndi və digər yolları təklif etdiyini, lakin ermənilərin bundan imtina etdikləri bildirildi.

BMT Təhlükəsizlik Şurasının iclasının yekununda humanitar məsələləri siyasiləşdirməməyə və bütün mümkün yollardan istifadə olunmasına çağırış edildi. Bəli, Qarabağdakı ermənilərin olduğu torpaqlar Azərbaycanın suveren əraziləridir və bu ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarımızın Bakının təklif etdiyi bütün məqbul yollardan istifadə imkanları təmin olunmalıdır.

O baxımdan, BMT Təhlükəsizlik Şurasının iclasının nəticəsini Azərbaycan diplomatiyasının növbəti uğuru hesab edirəm. Təhlükəsizlik Şurasının iclasına böyük ümidlə yollanan Ermənistanın xarici işlər naziri Mirzoyan oradan suyu süzülmüş vəziyyətdə geri qayıtmalı oldu”.

A.Zeynalov

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv