Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan domenində 68 veb-sayta haker müdaxiləsi qeydə alınıb

Bu ilin birinci yarısında “.az” ölkə kodlu informasiya resurslarına qarşı çox saylı kiber hücumlar nəticəsində 68 veb resursa haker müdaxiləsi halının uğurla reallaşdırıldığı aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə CYBERO Kibertəhlükəsizlik Mərkəzindən bildirilib.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hücumlar 28% artıb.

Hücum olunan veb resursların analizi göstərir ki, onların 37-si informasiya resursunun məhz düzgün təhlükəsiz kodlanmaması, 31-i isə serverlərdə təhlükəsizliyin düzgün qurulmaması nəticəsində hakerlərin hədəfinə çevrilib. Bu veb resursların 12-sinə daha öncə də haker müdaxiləsi halının aşkar edilməsinə baxmayaraq, çatışmazlıqlarını aradan qaldırmaq üçün lazımi tədbirlərin görülməməsi onları yenidən təkrar olaraq haker müdaxiləsi ilə qarşı-qarşıya qoyub.

Server sazlamalarının düzgün qurulmaması nəticəsində baş verən hücumların 77% “Linux” ƏS, 23% isə “Windows” ƏS üzərində qurulan resurslar olub.

Hücum həyata keçirilən informasiya resurslarının ölkələr üzrə yerləşmə (Hosting) payı isə belədir: ABŞ – 37%, Azərbaycan – 15%, Türkiyə – 12%, Rusiya – 10%, Niderland və Litva – 9%, Almaniya – 6%, Fransa – 3%.

COVID-19 pandemiyası dövründə bir çox işçilərin qorunan (şirkət və s.) şəbəkələrdən deyil, evlərdən çalışması hakerləri qoruması zəif olan ev şəbəkələrinə və fərdi kompüterlərə hücumlarda daha da şirnikləşdirib. İnsanları hədəf alan belə kiberhücumlarda ən çox fişinq hücumlarından istifadə olunur. Belə kiberhücumlar isə rəsmi resurslara bənzədilmiş saxta domenlər ilə daha da inandırıcı hala gətirilərək saxta reklam kampaniyaları vasitəsilə kütləviləşdirilib.

www.yenicag.az

343
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100