Azərbaycan elektrik enerjisi istehsalını artırır

Azərbaycan elektrik enerjisi istehsalını artırmağı planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərenerji” ASC-dən bildiriblər.

Bildirilib ki, 2018-ci ildə enerji sistemi üzrə 22 521 mln. kVts elektrik enerjisi istehsal olunub. 2017-cı illə müqayisədə elektrik enerjisinin istehsalı 748,1 min kVts və ya 3,43% artıb. 2019-cu ildə isə 23 550 mln. kVts olacağı planlaşdırılıb.

 

Qeyd olunub ki, hazırkı mərhələdə əsas vəzifə “Reabilitasiya proqramı”na uyğun olaraq itirilmiş gücləri bərpa etməkdir. Sənaye, kənd təsərrüfatının inkişafı, iqtisadi obyektlərin, əhalinin artması, ixrac imkanlarının zənginləşdirilməsi səbəbindən yeni güc mənbələrinin yaradılması günün tələbi olaraq qalır. Belə ki hər il 120-180 MVt tələbat artır. Buna görə də yeni generasiya mənbələrinin yaradılması zəruridir.

ASC-dən bildirilib ki, ötən il sentyabrın əvvəlində enerji sisteminin gücü 3600 MVt təşkil edirdisə, bu gün 3850-3900 MVt-təşkil edir.

COP29