!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan ərazisindən keçən bütün infrastruktur potensial hədəfə çevrilməlidir” – Erməni iranşünas

!Reklam – Yazi

 

“Bu bölgədə zəiflik əks göstərişdir, Ermənistan raket rıçağından istifadə etməlidir”.

Yenicag.az erməni mediasın aistinadla xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan Beşinci Kanalda deyib.

O bildirib ki, Ermənistan zəiflik göstərməməli, “raket rıçağı”ndan istifadə etməlidir.

“Yaxın Şərqdəki hazırkı proseslər, məsələn, İranın eyni vaxtda bir neçə ölkənin ərazisinə raket zərbələri endirməsi göstərir ki, yeni dünya nizamının yaradılması prosesi gedir. Bu proseslər qaçılmaz olaraq Ermənistana da təsir edəcək”, – o deyib.

Voskanyan əlavə edib ki, Ermənistan öz istiqamətlərini düzgün müəyyənləşdirməli və düzgün hərəkət etməlidir.

“Təəssüf ki, biz hələ də Avropada deyil, Yaxın Şərq regionunda olduğumuzun fərqində deyilik. Bizim regional mənsubiyyətimizlə bağlı fiziki və zehni qavrayışlarımız arasında böyük uçurum var.
Bizim regionda ancaq güc dili başa düşüləndir. İranın raket hücumları Ermənistan üçün yaxşı dərs olmalı və İrəvan bundan çox şey öyrənməlidir.
Ermənistan raket rıçaqından istifadə etməli, Azərbaycan ərazisindən keçən bütün infrastruktur potensial hədəfə çevrilməlidir.
Ermənistan bu prinsipi rəhbər tutmalıdır: Əgər regionda Ermənistan yoxdursa, o zaman region nəyə lazımdır?”
Ermənistan buna əsaslanmalıdır”, – Voskanyan çərənləyib.

Xuraman Etibarlı

www.yenicag.az

116
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv