!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Ermənistan anlaşması və TOQQUŞAN MARAQLAR: “İrəvan da müstəqil siyasət yürütsə...”

!Reklam – Yazi

“Rusiya proseslərin müsbət istiqamətdə irəliləməsinin qarşısını almaq cəhdlərinə ara verməyəcək”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında davam edən nizamlama prosesinin indiki mərhələsində ABŞ və Rusiyanın davranışlarını şərh edən politoloq Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, siyasətdə dövlətlərin bəyanatı ilə praktik hərəkətləri fərqli ola bilər:

“ABŞ, Azərbaycanla Ermənistan arasında razılaşmanın tərəflərin şərtləri əsasında əldə edilməsinin lehinə olduğunu bildirir. Ancaq məsələnin ortaya müxtəlif suallar çıxaran digər tərəfi var. Reallıqda bu həqiqətənmi belədir? Eyni hal Rusiya üçün də keçərlidir.

Bir sözlə, ictimaiyyətə təqdim edilən bəyanatlarla, “pərdə” arxasında görülən işlər tam fərqli ola bilər. Yəni həm razı olmaları, həm də elə özlərinin bunun qarşısını almaq üçün cəhdlərə əl atması mümkündür.

İkinci əsas məsələ isə maraqların təmin olunmasıdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını ABŞ-nin dəstəkləməsi heç də Rusiyanın da bu prosesdə maraqlarının təmin olunduğu demək deyil.

Bu gün ABŞ-nin belə bir bəyanat yayması hansısa maraqlarının təmin olunduğunun göstəricisidir. Sadalanan amillər nəzərə alındıqda isə məsələnin nə qədər mürəkkəb olduğu aydın müşahidə edilir.

Rusiya proseslərin müsbət istiqamətdə irəliləməsinin qarşısını almaq cəhdlərinə ara verməyəcək. Bunun üçün Rusiyanın Ermənistana qarşı həm iqtisadi, həm də siyasi baxımdan, çox sayda təsir rıçaqları var. Ancaq Ermənistan da Azərbaycan kimi müstəqil siyasət yürütsə və sülh müqaviləsini imzalamağa hazır olsa, heç bir dövlət prosesə müdaxilə edə bilməyəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv